"Yüz minlərlə azərbaycanlı üçün Rusiya bu gün ikinci vətən deməkdir"

"Yüz minlərlə azərbaycanlı üçün Rusiya bu gün ikinci vətən deməkdir"

25 Noyabr 2011 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərindəki "Prezident" otelində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) III Qurultayı keçirilir. Tədbirdə Rusiya Prezident Administrasiyasının idarə rəisi Sergey Vinokur prezident Dmitri Medvedevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

D. Medvedev məktubunda Rusiya və Azərbaycan xalqlarını yüz illərlə bir-birinə bağlayan sıx dostluq və etimad əlaqələrinin olduğunu söyləyib: "Əvvəlki nəsillər bizim birgə tariximizi yaradıblar və bu tarixlə biz indi də fəxr edirik. Qiymətli dostluq, qonşuluq və əməkdaşlıq ənənələrimiz nəsildən-nəslə keçərək indi də inkişaf edir. Yüz minlərlə azərbaycanlı üçün Rusiya bu gün ikinci vətən deməkdir. Bu gün Azərbaycan diasporu Rusiya iqtisadiyyatına böyük töhfə verir, ölkənin elm, təhsil və mədəni həyatında aktiv iştirak edir, millətlərarası və icmalararası əlaqələrin möhkəmləndirilməsində mühüm fəaliyyət göstərir".
Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu qurultay iştirakçılarına çatdırıb. Məktubda Azərbaycan prezidenti Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişafından danışıb: "İkitərəfli münasibətlərin inkişafında Rusiyada yaşayan azərbaycanlıların heç də az olmayan rolu var. Sevindirici haldır ki, onlar çoxmillətli Rusiya cəmiyyətinin ayrılmaz tərkib hissəsidirlər və Rusiyanın suverenliyinə öz töhfələrini verirlər. Rusiyada vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi Ümumrusiya Azərbaycan Konqresinin rolu qeyd olunmalıdır. Rusiyanın demək olar ki, bütün regionlarında strukturlaşan ÜAK qısa bir zamanda təsirə malik ictimai birliklərdən birinə çevrilib. Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması ÜAK-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Əminəm ki, ÜAK-ın III qurultayı həm qurumun fəaliyyətində, eyni zamanda Rusiyada yaşayan Azərbaycan diasporu üçün mühüm hadisə olacaq və hərtərəfli Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsinə və inkişafına xidmət edəcək".

Dostluq düşmənçiliyin düşmənidir...

Hafiz Əhmədov

O.M.