Bakıda Təcilli Tibbi Yardım stansiyaları gücləndirilmiş iş rejiminə keçdi

Bakıda Təcilli Tibbi Yardım stansiyaları gücləndirilmiş iş rejiminə keçdi

25 Noyabr 2011 14:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkimin müavini Zemfira Vahidova məlumat verir ki, havaların kəskin soyuması ilə əlaqədar Bakı şəhəri üzrə bütün Təcilli Tibbi Yardım stansiyaları gücləndirilmiş iş rejiminə keçiblər.

Z. Vahidova deyib ki, ötən gündən başlayaraq paytaxtda yolların buz bağlaması nəticəsində 12 nəfər yıxılaraq xəsarət alıb. Onlardan 10-u xəstəxanalara yerləşdirilib. Z. Vahidova həmçinin qeyd edib ki, paytaxtın avtomobil yollarında xəsarətlə 4 yol nəqliyyat hadisəsi baş verib ki, həmin hadisələr nəticəsində 4 nəfər xəstəxanalara yerləşdirilib.

Qar ərisə də, problemlər ərimək bilməyəcək...

Hafiz Əhmədov

O.M.