ATƏT Rafiq Tağının ölümü ilə bağlı sərt bəyanat verdi

ATƏT Rafiq Tağının ölümü ilə bağlı sərt bəyanat verdi

24 Noyabr 2011 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç yazıçı və publisist Rafiq Tağının ölümündə əli olanları məsuliyyətə cəlb etməyə çağırıb. R.Tağının ölümündən kədərləndiyini bildirən ATƏT rəsmisi cinayətkarların ədalət mühakiməsi önünə çıxarılacağına ümid etdiyini söyləyib: "Yazıçı və jurnalistlərə hücumlar media azadlığı və ifadə azadlığına hücumdur. Bu cür cinayətlər demokratiya naminə tam şəkildə araşdırılmalıdır. Ümid edirəm ki, Azərbaycanın hakimiyyət orqanları tezliklə araşdırmanı başa vuracaq. Cinayətin motivindən asılı olmayaraq, bu iyrənc cinayətdə əli olanlar və onun arxasında duranlar məsuliyyətə cəlb olunmalıdırlar".

ATƏT nümayəndəsi bəyanatında Tağının yaxınlarına və həmkarlarına başsağlığı verib. Qeyd edək ki, noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanan R. Tağı noyabrın 23-də xəstəxanada vəfat edib.

Azad söz sahibini susdurmaq olsa da, azad sözü susdurmaq olmaz...

Sərvər Aslanov

O.M.