Silahlı toqquşmalarda Azərbaycanın 7 sərhədçisi həlak olub, 9-u isə yaralanıb

Silahlı toqquşmalarda Azərbaycanın 7 sərhədçisi həlak olub, 9-u isə yaralanıb

24 Noyabr 2011 11:08
903
Bəyəndim (0) Bəyənmədim (0)

"BMT ekspertlərinin hesablamalarına görə, dünya üzrə narkotik vasitələrin 61 faizi Əfqanıstanda hazırlanır". Bu fikri Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda Bakıda keçirilən beynəlxalq seminardakı çıxışında səsləndirib.

E. Quliyev bildirib ki, Əfqanıstanda istehsal olunan narkotik vasitələr dünyaya daha çox İran vasitəsilə yayılır: "Azərbaycana da narkotik vasitələrin böyük hissəsi İran ərazisindən gəlir. Bunun nəticəsidir ki, dövlət sərhədində narkotik qaçaqmalçılığının qarşısının alınması zamanı toqquşmalar baş verir. Narkotik qaçaqmalçıları ilə silahlı toqquşmalarda Azərbaycanın 7 sərhədçisi həlak olub, 9-u isə yaralanıb". O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin Azərbaycan dövlətinin diqqətində olduğunu da vurğulayıb.

Narkotik maddələr istehsaldan istehlaka kimi öldürə-öldürə gedir...

Sərvər Aslanov

O.M.