Yol Polisi şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

Yol Polisi şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

24 Noyabr 2011 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirir ki, respublika ərazisinə ötən gecə saatlarından yağmağa başlayan qar bir sıra magistral yollarda nəqliyyatın hərəkətində problemlər yaradıb. Belə ki, şimal istiqamətində, Bakı-Quba yolunun 20-ci kilometrliyindən başlayaraq magistral yolları qar örtüb. Xızı və Qusar rayonlarında yollar buz bağlayıb. İsmayıllı-Muğanlı yolunun da buz bağladığı bildirilib. K. Əliyev adıçəkilən istiqamətlərdə hərəkət edən sürücüləri ehtiyatlı olmağa çağırıb. Şöbə rəisi həmin yollardan, xüsusən də Ağsu aşırımından yalnız iki aparıcı oxu olan avtomobillərdən istifadə etmənin məqsədəuyğun olduğunu bildirib. Şöbə rəisi havaların pisləşməsi ilə əlaqədar qəzaların sayının artmadığını deyib. K. Əliyev sürücülərə yollarda ehtiyatlı olmağı və sürət həddini aşmamağı tövsiyə edib.

Şaxtalı havada maşınlar da ayağısürüşkən olur. Zəncirləmək lazımdır...

Sərvər Aslanov

O.M.