İspaniya kralının burnu partladı, gözü göyərdi

İspaniya kralının burnu partladı, gözü göyərdi

24 Noyabr 2011 01:07
Bəyəndim (0) Bəyənmədim (0)
Buna baxmayaraq, o, rəsmi tədbirlərdə iştirak etdi

Lenta.ru saytının ABC televiziya kanalına istinadən yaydığı xəbərdə bildirilir ki, İspaniya kralı Xuan Karlos sonuncu rəsmi mərasimə burnu qırıq, gözü qaralmış vəziyyətdə qatılıb. 73 yaşlı kralın dediklərinə inansaq, o, sarayın qapısının tininə dəyərək zədə alıb. Buna baxmayaraq, 22 noyabr günü əlahəzrət rəsmi görüşlərini təxirə salmadı. Sudan, Belçika, Malayziya, Hindistan və Kiprin səfirlərinin etimadnamələrini qəbul etdi. Təbirdən sonra isə jurnalistlərin suallarına yumorla cavab verdi: "Qapıya möhkəm girəndə belə olur".

Xatırladaq ki, Xuan Karlosun başına 1981-ci ildə də oxşar hadisə gəlmişdi. O vaxt əlahəzrət hovuza gedərkən başı ilə şüşə qapını çilik-çilik etmişdi. Nəticədə, çoxsaylı kəsik yaraları ilə xəstəxanaya yerləşdirilmişdi.

Tələsən qapıya girər…

Fuad Borçalı

O.M.