Yəmən prezidenti ABŞ-da müalicə alacaq

Yəmən prezidenti ABŞ-da müalicə alacaq

23 Noyabr 2011 22:07
Bəyəndim (0) Bəyənmədim (0)

Yəmən prezidenti Ali Abdullah Saleh Nyu-Yorkun klinikalarının birində müalicə alacaq. Reuters xəbər agentliyinin məlumatına görə, bu barədə BMT-nin baş katibi Pan Qi Mun bugünkü çıxışında məlumat verib. Baş katib bunu Yəmən prezidenti ilə telefon söhbətindən sonra deyib.

Xatırladaq ki, bu gün Ali Abdullah Saleh prezident səlahiyyətlərini müxalifətə təhvil vermək barədə sənədə imza atıb. Ər-Riyadda baş tutan təntənəli imza mərasimində prezident alqışlarla qarşılanıb.

Şərq rəhbərlərinin xroniki xəstəliyi vəzifə xəstəliyidir...

Fuad Borçalı

O.M.