Türkiyənin Baş naziri kürdlərdən üzr istədi

Türkiyənin Baş naziri kürdlərdən üzr istədi

23 Noyabr 2011 20:45
1 127
Bəyəndim (0) Bəyənmədim (0)
Dersim şəhərində 13.8 min dinc vətəndaş qətlə yetirilmişdi

İnterfax xəbər agentliyinin Türkiyə dövlət televiziyasına istinadən yaydığı məlumata görə, Baş nazir Rəcəb Tayyib Ərdoğan 1930-cu ildə hərbi əməliyyatlar nəticəsində yüzlərlə kürdün qətlinə görə Türkiyə dövləti adından kürd xalqından üzr istədi.

"Dövlət adından üzr istəmək lazımdır. Mən üzr istəyirəm", - deyə Ankarada AKP toplantısında çıxış edən Baş nazir ölkə tarixində kürdlərdən üzr istəyən ilk hökumət başçısı oldu. Onun sözlərinə görə, Dersim hadisələri Türkiyə tarixində ən faciəli hadisələrdən biridir.

Xatırladaq ki, 1936-1939-cu illərdə Türkiyənin cənub şərqində dövlətə qarşı çıxış edən kürdlərin qiyamı silahla yatırılmışdı. Dersim şəhərində həyata keçirilən hərbi əməliyyatlar nəticəsində 13.8 min dinc vətəndaş qətlə yetirilmişdi. Hadisədən dərhal sonra şəhərin adı dəyişdirilərək Tunceli oldu.

Onu da qeyd edək ki, hal-hazırda separatçı kürdlər şəhərin adının yenidən Dersim olmasını tələb edirlər.

Üzr istəmək böyüklük əlamətidir. Türkün böyüklüyünün həddi-hüdudu yoxdur...

Hafiz Əhmədov

O.M.