Ədliyyə işçilərinin peşə baramı münasibəti ilə Penitensiar xidmətdə konsert oldu

Ədliyyə işçilərinin peşə baramı münasibəti ilə Penitensiar xidmətdə konsert oldu

22 Noyabr 2011 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar xidmətindən verilən məlumata görə, 22.11.2011- ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə alayında və bölüklərində Ədliyyə işçilərinin peşə baramı günü münasibəti ilə bayram-konsert tədbirləri keçirilmişdir. Belə tədbirlərdən biri Mühafizə alayının klubunda Respublikanın Xalq artisti Tariyel Qasımov, Prezident təqaüdçüsü, muğam festivalının qalibi Nişanə Baxışova, Belorusun əməkdar artisti Eldar Ağcabədili populyar müğənnilər Səyyad Əlizadə və Nəzakət Məmmədova, gənc müğənnilər Musa Manafov, Günel Zülfüqarlı, Yeganə Əhmədova, Dəniz Qocayeva, Röyal Niftullayev və Anar Muradovun iştirakı ilə keçirilmişdir. Sonda incəsənət xadimləri əsgərlərin qarşısında geniş konsert proqramı ilə çıxış etdiklərinə görə Mühafizə alayının fəxri diplomları ilə təltif olundular. Belə tədbirlərin keçirilməsi həqiqi hərbi xidmətdə olan əsgər və çavuşların asudə vaxtlarının daha da səmərəli keçirilməsinə xidmət edir. Əsgərlər üçün bundan sonra da mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulur.

O.M.