Azərbaycanlı hacılar bu gün vətəndə olacaqlar

Azərbaycanlı hacılar bu gün vətəndə olacaqlar

17 Noyabr 2011 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlı hacıları gətirən ikinci avtobus karvanı və üçüncü təyyarə bu gecə Bakıda olacaq. İkinci avtobus karvanının bu gün axşam saatlarında Biləsuvar rayonuna çatacağı gözlənilir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən verilən məlumata görə, plan üzrə hacılar noyabrın 17-dən 18-nə keçən gecə Bakıya çatmalıdırlar. Hacıları gətirən üçüncü təyyarə də gecə saatlarında Bakıda olacaq. Qeyd edək ki, 2500 nəfərdən ibarət azərbaycanlı zəvvarlar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşmüşdülər.

Allah hər bir müsəlmana bu sevincli anları nəsib etsin...

Hafiz Əhmədov

O.M.