Yəməndə 7 «Əl-Qaidə» silahlısı öldürüldü

Yəməndə 7 «Əl-Qaidə» silahlısı öldürüldü

17 Noyabr 2011 10:32
823
Bəyəndim (0) Bəyənmədim (0)

Yəmənin Abyan əyalətinin Zincibar şəhərində hökumət qoşunları 7 nəfər "Əl-Qaidə" silahlısını məhv edib. Onların arasında bir iranlı, pakistanlı və 2 somalili var. Təhlükəsizlik qüvvələri nümayəndəsinin məlumatına görə, hərbçilər 2 inzibati binanı ələ keçirmiş silahlılara atəş açmağa məcbur olublar. Atışma bir sutka ərzində davam edib.

Xatırladaq ki, Yəməndə 9 aydır davam edən daxili qarışıqlıqdan istifadə edən "Ərəbistan yarımadasındakı Əl-Qaidə" təşkilatı ölkənin cənubunda bəzi rayonlarını ələ keçirib.

O.M.