Yaponiya dünyaya insanlıq dərsi verdi

Yaponiya dünyaya insanlıq dərsi verdi

19 Aprel 2011 10:54
Bəyəndim (0) Bəyənmədim (0)
Fəlakətdən sonra yaşananlar

Mart ayında zəlzələ və sunaminin yerlə bir etdiyi Yaponiyada olub-bitənləri bütün dünya canlı-canlı izlədi. Ancaq görüntülərdəki fəlakət qədər diqqətlə izlənilməsi gərəkən bir nüans diqqəti cəlb edir. Demək olar ki, hər şeylərini - evlərini, yaxınlarını, dostlarını itirmiş yapon xalqından öyrəniləcək çox şey var:

1. Yaponlarda heç bir üzülmə, dərindən sarsılma kimi əlamətlər hiss olunmadı. Onlar bu faciənin qarşısında mətinliklə dayandılar.

2. Su və yemək növbələrində səssizlik, nizam-intizam hər zaman hökm sürüb. Nə bir artıq söz, nə də kobud bir hərəkət...

3. Əl qabiliyyətlərinə isə söz ola bilməz. Məsələn, inşa etdikləri binalar sirkələndi, amma uçmadı.

4. İnsanlar faciə anında yalnız ehtiyacları olanları aldılar ki, piştaxtalarda başqalarına da nə isə qalsın.

5. Ölkədə heç bir oğurluq hadisəsinə rast gəlinmədi.

6. Tərkibində çoxlu sayda işçi olan komanda heyəti həyatlarını fəda etdilər. Radiasiyalı şəraitdə stansiyada pompalama işləri aparmaq üçün ölümə razı oldular.

7. Restoran-kafelər endirimlər etdilər. Qorunmayan bankomatlara oğrular belə yaxınlaşmadı.

8. Yaşlılardan tutmuş balacalara kimi - heç kim normal həyatından geri qalmadı. Təhsil ən ön planda tutuldu.

9. Xəbərlərdə çıxış edib, ölkənin son durumundan bəhs edən spikerlər öz mənfəətlərini güdmədilər. Tribunaya siyasi məqsədini güdənlər yox, xalqa həqiqətən acıyanlar çıxarıldı. Və onlar da vəzifələrinin öhdəsindən gələ bildilər.

10. Ən əsası isə, güclülər zəifləri qorudular.

Bax, bu qədər vacib və əhəmiyyətli - çətin anlarda ayaqda qala bilmək üçün həqiqətən insan olmaq gərəkdir...

Günel Həbib

O.M.