
Sovet jurnalistikası nəzəriyyəsinin banisi vəfat etdi
Bu gün Moskva şəhərində MDU-nun əməkdar professoru, Sovet və Rusiya jurnalistikası nəzəriyyəsinin müəllifi Yevgeniy Proxorov 80 yaşında vəfat etdi. Bu barədə Moskva Dövlət Universitetinin saytı məlumat verir.
Proxorov MDU-nun jurnalistika, sosiologiya kafedralarının yaradıcısı və 20 il rəhbəri olub. O, 300-dən çox elmi məqalə, dərslik vəsaitinin müəllifidir.
Mərhum 1931-ci il 7 martda anadan olub. 1969-cu ildə filologiya elmləri doktoru elmi dərəcəsinə qədər yüksəlib.
O.M.
Digər xəbərlər