Türkiyədə gəmini qaçıran terrorçu erməni imiş

Türkiyədə gəmini qaçıran terrorçu erməni imiş

16 Noyabr 2011 13:15
Bəyəndim (0) Bəyənmədim (0)
PKK üzvünün kəndinin sakinləri erməni mənşəlidirlər

Türkiyənin Habervaktim saytının məlumatına görə, bu günlərdə Türkiyənin "Kartepe" gəmisini tutan PKK üzvü Mensur Güzel milliyyətcə ermənidir. Belə ki, Güzel ailəsi Diyarbakırın Bahemdan (Ayhan) kəndində yaşayırdı. 20-ci əsrin əvvəllərinə olan məlumatda bildirilir ki, bu kəndin sakinləri ermənilərdir. Habervaktim saytı onu da qeyd edir ki, terrorçunun əmisi qızının erməni adı var. Digər qardaşının qayınatasının isə adı Akopdur.

Xatırladaq ki, 11 noyabrdan 12 noyabra keçən gecə 27 yaşlı Mensur Güzel İzmit limanında "Kartepe" adlı bərəni ələ keçirmişdi. Türkiyə xüsusi təyinatlı qüvvələri keçirdikləri əməliyyat nəticəsində bərəni azad etmiş, terrorçunu isə öldürmüşdülər. Gəmidə olan 18 sərnişin və 6 ekipaj üzvündən xəsarət alan olmamışdı.

Palçıqlı daşın altından həmişə soxulcan çıxar...

Sərvər Aslanov

O.M.