"Bakı" jurnalına Almaniyadan rəy gəldi

"Bakı" jurnalına Almaniyadan rəy gəldi

15 Noyabr 2011 13:01
Bəyəndim (0) Bəyənmədim (0)
"Son dövrlərdə Azərbaycanın əldə etdiyi siyasi, mədəni, iqtisadi uğurlar bir çox dünya ölkələrinin diqqətini özünə cəlb etməkdədir"

Artıq "Bakı " jurnalı Azərbaycandan kənarda kifayət qədər tanınmış, yüksək reytinqə malik olan bir Azərbaycan jurnalıdır. Bu sözləri Almaniya Türk-Azərbaycan Birliyinin idarə heyətinin sədri, Postdam Universitetinin magistr tələbəsi Rəksanə Civişova Heydər Əliyev Fondunun "Bakı" jurnalının ingilisdilli versiyasını şərh edərkən bildirib.

"Hazırda jurnalın ingilis versiyasının yaranması mədəniyyətimizin daha geniş ərazilərdə təbliğatına xidmət edir. Məhz bu günə qədər bu jurnalın əldə etdiyi nailiyyətlər, uğurlar, jurnalın əməkdaşlarının gərgin fəaliyyəti imkan verir ki "Bakı" jurnalının ingilis versiyası qısa zamanda bir çox aparıcı dövlətlərdə tanınsın", - deyə Rəksanə Civişova qeyd etdi.
İdarə heyətinin sədri onu da əlavə etdi ki, son illər Azərbaycanın tanınması istiqamətində uğurlu layihələr həyata keçirilir: "Ümumiyyətlə, son dövrlərdə Azərbaycanın əldə etdiyi siyasi, mədəni, iqtisadi uğurlar bir çox dünya ölkələrinin diqqətini özünə cəlb etməkdədir. Məhz belə bir anda "Bakı" jurnalının ingilis versiyasının bu ölkələrdə yayımlanması böyük marağa səbəb olacaq".

"Bakı" jurnalı Bakıdan dünyaya açılan virtual pəncərədir...

Hafiz Əhmədov

O.M.