Həcdən gələn ilk  təyyarə Bakıya endi

Həcdən gələn ilk təyyarə Bakıya endi

15 Noyabr 2011 10:04
771
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verir ki, Həcc ziyarətini tamamlamış azərbaycanlı hacıların ilk qrupunu gətirən təyyarə gecə saatlarında Heydər Əliyev Hava Limanına enib. Növbəti təyyarə Bakıya bu gün enəcək. Sonuncu təyyarə isə Bakıya noyabrın 19-da gələcək.

Avtobusla gələn zəvvarlar isə hal-hazırda yoldadır. Qeyd edək ki, 2500 nəfərdən ibarət azərbaycanlı zəvvarlar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşüb.

Allah bütün ziyarətləri qəbul etsin...

Hafiz Əhmədov

O.M.