Daxili İşlər naziri: "Bir neçə il əvvəl ölkədə bütün məsələləri "vorzakonlar" həll edirdi"

Daxili İşlər naziri: "Bir neçə il əvvəl ölkədə bütün məsələləri "vorzakonlar" həll edirdi"

12 Noyabr 2011 18:56
Bəyəndim (0) Bəyənmədim (0)
Nazir "qanuni oğrular"dan ağızdolusu danışdı

Gürcüstanın Daxili İşlər naziri Vano Merabişvili bu gün ukraynalı jurnalistlərə sensasiyalı açıqlama verdi. "Сегодня.ua" xəbər agentliyinin məlumatına görə, nazir son dövrün uğurlarından danışarkən dedi: "Gürcüstanda yeni rəhbərliyin gəlişinə qədər ölkədə bütün məsələləri "qanuni oğrular" həll edirdi. Vəziyyət son həddə çatmışdı. Bizim ölkədə "qanuni oğru" sayı possovet ölkələrindən 2 dəfə çox idi. Onlar çox imkanlı və nüfuzlu adamlar olduğundan ölkəni faktiki olaraq idarə edirdilər". Nazirin sözlərinə görə, indi də ən nüfuzlu "qanuni oğrular" məhz gürcülərdir. Qəribədir ki, nazir çıxışı zamanı fəxrlə Ded Xasan, Tariyel Oniani, Kalaş və Tariyel Kutaisskinin adlarını çəkdi.

Bəzi məmurlar "qanuni oğru" olmasalar da, qanuni şəkildə oğruluqla məşğul olurlar...

Hafiz Əhmədov

O.M.