İranın hərbi bazasında və yanacaqdoldurma stansiyasında partlayış oldu

İranın hərbi bazasında və yanacaqdoldurma stansiyasında partlayış oldu

12 Noyabr 2011 18:12
942
Bəyəndim (0) Bəyənmədim (0)

"Reuters" xəbər agentliyinin məlumatına görə, bu gün Tehranın qərbində yerləşən hərbi baza yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində ən azı 15 nəfər ölüb. Yaralılar barədə məlumat verilmir.

Partlayış İslam İnqilabı Keşikçiləri Korpusunun paytaxtdan 40 kilometr aralıda, Karay şəhərinin yaxınlığındakı Binqadeh bazasının anbarında baş verib. İlkin məlumata görə, partlayış silah-sursatın daşınması zamanı baş verib, daha sonra yanğın başlayıb. Hadisə yeri üzərində qara bulud görünür.
Əvvəlcə insidentin qaz anbarında baş verdiyi bildirilib. Sonradan bəlli olub ki, hərbi bazadan əvvəl Tehranın Şahi-Qüds rayonundakı qazdoldurma stansiyasında partlayış olub. Hadisənin başvermə səbəbləri və qurbanlar barədə məlumat yoxdur.
Hər iki partlayış nəticəsində yaxınlıqdakı evlərin şüşələri sınıb.

Deyəsən, Qərb-İran müharibəsi başlamaq üzrədir...

Hafiz Əhmədov

O.M.