Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

19 Aprel 2011 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz güclənəcək.

Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında isə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz güclənəcək.
Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında küləkli hava şəraiti və meteoroloji amillərin aktivləşməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Havanın necə olmağından asılı olmayaraq, hamınıza aydın səma və hərarətli məhəbbət arzusu ilə

Elvin Babayev

O.M.