Bələdiyyə seçkilərinin 2 namizədi vəfat etdi

Bələdiyyə seçkilərinin 2 namizədi vəfat etdi

12 Noyabr 2011 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərdən 2 nəfər dünyasını dəyişib. APA-nın əldə etdiyi məlumata görə, bələdiyyə üzvlüyünə daha 10 şəxs namizədliyini geri götürüb. Bununla da qeydiyyatda qalan bələdiyyə üzvlüyünə namizədlərin sayı 1565-ə enib. Bələdiyyə seçkiləri 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.

O.M.