VİDEO-Erməni soyqırımı haqda film həqiqətləri üzə çıxardı

VİDEO-Erməni soyqırımı haqda film həqiqətləri üzə çıxardı

11 Noyabr 2011 22:50
Bəyəndim (0) Bəyənmədim (0)
Livanda premyerası keçirilən filmdə kürdlərlə ermənilərdən bəhs olunurdu

Dünən axşam saatlarında Livanın "Ovannes Poqosyan" konsert zalında erməni soyqırımına aid "Nənəmin tatuirovkaları" ("Grandma's Tattoos") adlı film nümayiş etdirildi. Kinoda 1915-ci ilin erməni köçü haqda bəhs olunurdu. Livanın "Azdak" qəzetinin məlumatına görə, ekran əsərində müəllif Syuzan Xardalyanın nənəsinin həyat hekayəsindən bəhs olunurdu. Daha doğrusu, bir zamanlar Osmanlı İmperiyasında yaşamış Xanım adlı qadının indiyədək heç kimlə bölüşmədiyi sirləri nəvəsinin təqdimatında ekranlaşdırılmışdı.

Təbii ki, müəllif Syuzan Xardalyan nümayişdən əvvəl erməni soyqırımından geninə-boluna danışdı. Filmi ərsəyə gətirərkən arxiv sənədlərindən çətinliklə də olsa, istifadə etdiyini bildirdi. Ssenariyə gəlincə, hadisələrin real həyatdan götürüldüyünü, nənəsinin uzun illər hər kəsdən gizlətdiyi sirlərini əks etdirdiyini bildirdi. Xardalyan qeyd etdi ki, nənəsinin və Osmanlıdan köçmüş bir çox qadının bədənində yer alan çoxsaylı tatuirovkalar uşaqlıqdan bəri onu narahat edib. Yalnız araşdırmaya başladıqdan sonra bunun əsas səbəbini anlamağa başlayıb. Ona məlum olub ki, Osmanlıdan Böyük köç zamanı bir çox erməni qadınlar yerli sakinlər tərəfindən tutulub, qul kimi istismar olunurdu. Müəllifin fikrincə, tatuirovkalar bir çox hallarda erməni qadınların yerli kişilər tərəfindən cinsi mülkiyyətə alındığını əks etdirirdi.

Məsələnin maraqlı tərəfi odur ki, erməni Syuzan Xardalyanın ekranlaşdırdığı "Nənəmin tatuirovkaları" filmində həmişəkindən fərqli olaraq həqiqət yer alırdı. Başqa sözlə desək, müəllifin Xanım nənəsinin kürd millətindən olan gəmi kapitanı tərəfindən zorlandığı göstərilirdi. Ümumiyyətlə, filmdə türklərin ermənilərə qarşı heç bir aqressiv hərəkəti barədə bəhs olunmurdu.

İsveçin Stokholm şəhərindən olan erməni Syuzan Xardalyanın filmi Livanda uğurla nümayiş olundu.

Türkiyə Respublikasının nəvazişi olmasaydı, Osmanlıdan köçən bütün ermənilər qan davasının qurbanı olardılar...

Sərvər Aslanov

O.M.