Həftə sonu havalar soyuyacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında noyabrın 12-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində güclü olacaq. Temperaturun anomal gedişi gözlənilir, belə ki, gecə və gündüz 5-8, günün ikinci yarısında və axşam 3 dərəcəyədək isti təşkil edəcək.
Noyabrın 13-də hava buludlu, gecə və axşam yarımadanın
bəzi yerlərində yağıntılı olacaq. Güclü şimal-qərb küləyi gündüz
mülayimləşəcək. Havanın temperaturunun gecə 1-3, gündüz 5-7 dərəcə isti olacağı
proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında noyabrın 12-də havanın arabir
yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar
yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir
güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 3-8
dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-2 dərəcə şaxta təşkil
edəcək.
Noyabrın 13-14-də bölgələrdə əsasən gecə və axşam arabir
yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar
yağacaq. Güclü şimal-qərb küləyi 13-də gündüz mülayimləşəcək. Havanın
temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə
isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 2-5 dərəcə şaxta
olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-20
dərəcə şaxta təşkil edəcək.
Havadan asılı olmayaraq hamınıza aydın səma arzulayırıq...
Hafiz Əhmədov
O.M.