Nigeriyada prezident seçkilərinin nəticəsi açıqlanıb

Nigeriyada prezident seçkilərinin nəticəsi açıqlanıb

19 Aprel 2011 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

Nigeriyada prezident seçkilərinin nəticələri bəlli olub. Aprelin 16-da keçirilən seçkilərin qalibi bu axşam açıqlanıb.

Bütün seçki bülletenlərinin emalından sonra 57% səslə, 22.7 milyon seçici dəstəyi ilə Conatan Qudlak prezident kürsüsünün sahibi olub.

Qeyd edək ki, müxalifətin təmsilçisi Muhammadu Buhari 31% səs toplayıb. Seçki nəticələrinin elanından sonra Buxari seçkilərin saxtalaşdırıldığını bildirməklə tərəfdarlarını küçə mitinqlərinə səsləyib.

Ölkədə polis gücləndirilmiş iş rejiminə keçib. Prezident isə xalqa müraciət edərək toqquşma və dağıntı törətməməyi xahiş edib. Xatırladaq ki, seçkiləri izləyən beynəlxalq təşkilatlar heç bir qanun pozuntusunun olmadığını söyləmişdilər.

Nədənsə müsəlman xalqlarında məğlubiyyəti qəbul etmək mədəniyyəti aşağı səviyyədədir.

Elvin Babayev

O.M.