Erməni millətindən olan müsəlman imam Rusiyada güllələndi

Erməni millətindən olan müsəlman imam Rusiyada güllələndi

10 Noyabr 2011 18:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Rusiya Federasiyası İstintaq Komitəsinin Yaroslavl şəhəri üzrə İstintaq İdarəsində Yaroslavl məscidinin 29 yaşlı imamının öldürülməsi faktı üzrə cinayət işi açılıb. Öldürülən 29 yaşlı erməni Artur Manukyandır. Onun meyiti yaşadığı Trufanov küçəsində mənzilinin yanında tapılıb. Məhkəmə tibbi ekspertinin fikrincə, mərhum dünən qətlə yetirilib və çoxsaylı güllə yarası ilə dünyasını dəyişib. Qatil imamın belinə 3, başına 2 dəfə səsboğucu silahdan atəş açıb.

Çox güman ki, müsəlman erməninin qatili ermənilər olublar...

Hafiz Əhmədov

O.M.