15 noyabrdan etibarən qatar biletlərini internetlə sifariş vermək mümkün olacaq

15 noyabrdan etibarən qatar biletlərini internetlə sifariş vermək mümkün olacaq

10 Noyabr 2011 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan Dəmir Yolları" ASC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, 15 noyabrdan etibarən qatar biletlərini internetlə sifariş vermək mümkün olacaq. Belə ki, hazırda ödəniş sisteminin təhlükəsizlik məsələləri həll olunur. Noyabrın 15-dək bu işlərin başa çatacağı, bundan sonra isə biletlərin internetlə satışının başlanması nəzərdə tutulur. Sistemin operatoru "Golden Pay" şirkətidir.

Qeyd edək ki, mövcud sistem vasitəsilə plastik kartla ödəniş etməklə biletləri sifariş vermək mümkün olacaq.

İnternet həyatımızın ayrılmaz parçasına çevrilməkdədir...

Hafiz Əhmədov

O.M.