Milli Ordunun əsgəri özünə atəş açdı

Milli Ordunun əsgəri özünə atəş açdı

10 Noyabr 2011 12:58
Bəyəndim (0) Bəyənmədim (0)
Yaralı hospitala yerləşdirilib

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin məlumatına görə, Milli Ordunun əsgəri, 18 yaşlı Səməndərli Emin Fikrət oğlu postda olarkən tabeliyindəki silahdan təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün atəş açıb. Nəticədə, əsgər çiynindən yüngül xəsarət alıb. Yaralı hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, E. Səməndərli Şəmkir Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Silah ən təhlükəli "oyuncaqdır"..

Sərvər Aslanov

O.M.