Azərbaycanda 8 rayonun polis rəisi dəyişdirilib

Azərbaycanda 8 rayonun polis rəisi dəyişdirilib

10 Noyabr 2011 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun verdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Zaqatala Rayon Polis Şöbəsinin rəisi Faiq Şabanov Xəzər Rayon Polis İdarəsinə, Xəzər Rayon Polis İdarəsinin rəisi Musa Musayev Nəsimi Rayon Polis İdarəsinə, Nəsimi Rayon Polis İdarəsinin rəisi Məmməd Mikayılov isə Suraxanı Rayon Polis İdarəsinə rəis təyin ediliblər.

Bundan başqa, R. Usubovun əmrləri ilə Gəncə Şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinin rəisi Ağahüseyn Məmmədov Kəpəz Rayon Polis İdarəsinə, Kəpəz Rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqov Nizami Rayon Polis İdarəsinə, Şəki Rayon Polis Şöbəsinin rəisi Azad Məmmədov Şabran, Şabran Rayon Polis Şöbəsinin rəisi Eldar İlyasov isə Şəki Rayon Polis Şöbəsinə rəis təyin olunublar. Adları qeyd olunan şəxslərin hamısı polis polkovnikidir.
E. Zahidov, həmçinin bildirib ki, Suraxanı Rayon Polis İdarəsinin rəisi Etibar Qazıbəyli təqaüdə göndərilib.
Zaqatala Rayon Polis Şöbəsinə isə hələlik rəis təyin edilməyib. Həmin vəzifəni rəis müavini icra edir.

Toplananların yerini dəyişəndə cəm dəyişmir...

Sərvər Aslanov

O.M.