Liviya dünyanın ən qaynar nöqtəsidir

Liviya dünyanın ən qaynar nöqtəsidir

19 Aprel 2011 08:03
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya France Pressenin qısa xəbərlərində:


19 aprel 2011-ci il, yerli vaxtla saat 04:19

Dəməşq - Suriyanın Daxili İşlər Nazirliyi bazar ertəsi rəsmən bəyanat yaydı ki, ölkədəki etiraz dalğasını nə yolla olursa olsun yatırdacaq. Bəyanatda cari il ölkədə "silahlı üsyan" ili adlandırıldı.


Abuca - Nigeriyanın seçki komissiyası bazar ertəsi prezident seçkilərinin nəticələrini açıqladı. Hazırkı prezident Conatan Qudlak öz postunu quruyub saxlaya bildi. Bunun ardınca ölkədə etiraz aksiyaları keçirilməyə başladı ki, şimal əyalətlərini əhatə edən bu tədbirlərdə ən az 276 insanın öldüyü, 15 nəfərin isə müxtəlif ölçülərdə xəsarət aldığı bildirilir.


Benqazi - Tripolinin qərbində yerləşən Cəbəl əl Qarbi yaşayış məntəqəsində ötən 24 saat ərzində 115 üsyançının öldüyü bildirilir.


Misrata - Müəmmar Qəddafi beynəlxalq missiya nümayəndələrinin ölkəni təhlükəsiz şəraitdə tərk etmələri üçün humanitar dəhliz verməyə hazırdır. Bazar ertəsi Misratadan Benqazi limanına 1000 nəfərlik gəmi keçə bilmişdi. Britaniya rəsmiləri daha 5000 insanın evakuasiyasını nəzərdə tutur.
Qəddafinin oğlu Seyf əl İslam dinc əhalini öldürmədiklərini bildirərək bazar günü verdiyi müsahibədə demişdir: "Biz öz xalqımıza qarşı heç bir cinayət törətmirik. "


Paris - Fransa parlamentinin xarici işlər üzrə komissiyasının rəhbəri Fransa xüsusi təyinatlı qoşunlarının Liviya hava hücumlarına qoşulmasını təklif edir.


O.M.