Ümumrusiya Azərbaycanlıları Konqresi 25 noyabrda Moskvada baş tutacaq

Ümumrusiya Azərbaycanlıları Konqresi 25 noyabrda Moskvada baş tutacaq

8 Noyabr 2011 17:31
Bəyəndim (0) Bəyənmədim (0)
Qurultayda Ramiz Mehdiyev və onun rusiyalı həmkarı Sergey Narışkin iştirak edə bilər

Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva bölməsinin sədri İlqar Hacıyevin verdiyi məlumata görə, ÜAK-ın III qurultayı noyabrın 25-də Moskvada yerləşən "Prezident" hoteldə keçiriləcək. Qurultayda Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun rusiyalı həmkarı Sergey Narışkinin iştirak edəcəyi gözlənilir. Qurultayda ÜAK-a sədr seçiləcək.
Xatırladaq ki, ÜAK-ın hazırkı sədri Məmməd Əliyevdir.

ÜAK azərbaycanlıların ən böyük diaspora təşkilatıdır...

Hafiz Əhmədov

O.M.