VIDEO-Bu gün yadplanetlinin cəsədi tapıldı

VIDEO-Bu gün yadplanetlinin cəsədi tapıldı

18 Aprel 2011 23:53
1 022
Bəyəndim (0) Bəyənmədim (0)
Sabah dünya bir-birinə qarışacaq

Rusiyanın Buryatiya Muxtar vilayətində yadplanetli aşkar edilmişdir. Daha doğrusu, kəndlərin birində Yadplanetlinin meyitinə rast gəlinmişdir. Yerli sakinlər hadisədən baş aça bilməsələr də, mütəxəssislər leşin UNO-ya aid olduğuna əmindirlər. Maraqlıdır ki, yadplanetli də fizioloji quruluşuna görə insanlar kimi məməlilər sinfinə aiddir. Hətta onun qanı da var. Bu isə onu deməyə əsas verir ki, onların da planetində oksigen var və bu varlıqlar insanlar kimi oksigenlə nəfəs alırlar. Belə çıxır ki, on illərdir "Yerdən başqa hansısa planetdə oksigen varmı" sualına cavab tapılmaq üzrədir.

Fakt araşdırmalar nəticəsində təsdiqini tapsa, elmi-texniki inkişafda inqilabi yeniliklər baş verəcək. Eyni zamanda bir neçə sualın cavabı tapılacaq. Bu isə yaxın zamanın işidir. Hələlik isə video kadrlardakı varlığın üzərində tibbi ekspertiza aparılır.


Yadplanetli də Yerdəki ağır şəraitə uyğunlaşa bilmədi. Görəsən, insanlar dünyanı niyə bu hala gətiriblər?!.

Elvin Babayev

O.M.