Türkiyədə 26 000 nəfərdən çox adam tutuldu

Türkiyədə 26 000 nəfərdən çox adam tutuldu

7 Noyabr 2011 21:45
Bəyəndim (0) Bəyənmədim (0)
Onlardan 287 nəfəri Ermənistan vətəndaşıdır

Türkiyə mətbuatının yaydığı məlumata görə, cari ilin 10 ayı ərzində Türkiyə sərhədini qanunsuz yollarla keçmək istəyən 26182 əcnəbi tutulub. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən yayılan xəbərdə bildirilir ki, 1 yanvar – 27 oktyabr ərzində ölkə sərhədlərini pozan əcnəbilərin böyük hissəsi Avropa ölkələrinə keçmək istəyirmiş. 8958 Myanma, 3524 Fələstin, 1440 Somali vətəndaşları siyahıda öndə gedir.

Xatırladaq ki, siyahıda 287 Ermənistan vətəndaşı da var.

Atalarımız burda deyiblər: "Çağırılan yerdən ar eləmə, çağırılmayan yeri dar eləmə"..

Hafiz Əhmədov

O.M.