Yuliya Timoşenko yeriyə bilmir

Yuliya Timoşenko yeriyə bilmir

7 Noyabr 2011 20:44
Bəyəndim (0) Bəyənmədim (0)
Sabiq baş nazir istintaq təcridxanasında onurğasını zədələdi

Rusiyanın "РосБизнесКонсалтинг" media mərkəzinin Ukraynanın penitensiar xidmətinə istinadən yaydığı xəbərdə bildirilir ki, Kiyevin müvəqqəti saxlanılma təcridxanasının həkimləri sabiq baş nazir Yuliya Timoşenkonun səhhətinin pisləşdiyini, bu səbəbdən gəzintilərə çıxa bilməyəcəyini bəyan ediblər.

"Kiyev istintaq təcridxanasının rəhbərliyi məlumat verir ki, 5 noyabr günü səhər gəzintisi zamanı Timoşenkonun ehtiyatsızlığından onurğa sütununun bel hissəsindəki ağrıları artıb, bu da onun hərəkət funksiyasını məhdudlaşdırıb", - deyə xəbərdə bildirilir. Təcridxana işçiləri dərhal onu hospitala çatdırıblar. Məlumat dərhal Timoşenkonun vəkillərinə çatdırılıb.
Xatırladaq ki, 2011-ci il 11 oktyabrda məhkəmənin çıxardığı qərarla Yuliya Timoşenko 2009-cu il Rusiya-Ukrayna qaz sazişləri zamanı vəzifə səlahiyyətlərini aşması ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qaz sazişlərində qaza gələn sabiq baş nazirin qazı yatıb...

Hafiz Əhmədov

O.M.