Erməni gənclər hərəkatı “Nobel” mükafatına namizəd görüldü

Erməni gənclər hərəkatı “Nobel” mükafatına namizəd görüldü

7 Noyabr 2011 20:13
Bəyəndim (0) Bəyənmədim (0)
“Susmayacağıq” gənclər hərəkatı erməni cəmiyyətini olduğu kimi dünyaya göstərir

İsveçrədə yaşayan siyasi elmlər doktoru, gürcü professor Georgiy Kaladze "Nobel" mükafatına namizəd kimi Ermənistanın "Susmayacağıq" gənclər hərəkatının namizədliyini irəli sürüb. Грузия Online informasiya agentliyinin məlumatına görə, bir neçə ay bundan əvvəl alimin diqqətini 20 yaşlı erməni gənclərinin yazıları cəlb edib. "Bu hərəkatın YouTube-da yerləşdirdiyi video süjetlərdə ordudakı problemlərdən tutmuş tarixi abidələrə biganəlik yer alır. Cəmiyyətdə kök salmış ağır sosial problemlərə işıq salınır. Bu da geniş ictimaiyyətin, o cümlədən ölkə rəhbərliyinin diqqətini həmin problemlərin həllinə yönəldir", - deyə qərarını əsaslandıran Kaladze daha sonra bildirdi: "Nobel fondunun nizamnaməsi mənə siyasətçi alim kimi imkan verir ki, müstəqil şəkildə namizəd irəli sürüm. Mən də fürsətdən istifadə edib Stokholmdakı iqamətgaha ərizə göndərdim. Ərizədə namizədlərin fəaliyyətini bu cür dəyərləndirdim: "İnsan hüquqları və zorakılığa qarşı mübarizədə yeni texnologiyaların tətbiqi" Əminəm ki, mənim namizədim müvafiq nominasiyanın qalibi olacaq".

Xatırladaq ki, Oxumeni.az da zaman-zaman Ermənistanın "Susmayacağıq" gənclər hərəkatının video-süjetlərindən istifadə edib. Etiraf etməliyik ki, bu hərəkat qonşu ölkədə kök salmış geniş spektr problemləri dünya ictimaiyyətinə çatdırmaqda böyük uğurlar əldə edib.

Ermənistandakı vəziyyət dünya səviyyəsində problemlər yaratdığı üçün onları işıqlandıranlar da dünya miqyasında populyarlaşırlar...

Sərvər Aslanov

O.M.