
Zaqatalada 750 illik tarixi abidə aşdı
Zaqatalada tarixi abidə kimi qorunan 750 illik çinar ağacı aşdı. Hadisəyə səbəb ötən gündən ölkə ərazisində yağan şiddətli qar oldu.
Güclü küləklə müşayiət olunan qarın yağması nəticəsində "Dədə Qorqud"
meydanındakı ağac kökündən çıxaraq aşdı. Ağacın ətrafında olan iaşə obyektinə
ziyan dəysə də, xəsarət alan olmadı.
Qeyd edək ki, ağacın diametri 380 sm, hündürlüyü 35 metr,
yaşı isə 750-dən çoxdur. Azsaylı nadir ağac növlərindən olan Şərq çinarı
Azərbaycanın "Qırmızı kitabı"na daxil edilib.
Xatırladaq ki, bölgəyə qar yağıntısı hələ də davam edir.
Hazırda rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində
fasilə yaranıb.
Bir yandan boşalır, bir yandan dolur, sirrini verməyir sirdaşa dünya...
Hafiz Əhmədov
O.M.