Türkiyənin Yunanıstandakı konsulluğuna hücum olub

Türkiyənin Yunanıstandakı konsulluğuna hücum olub

7 Noyabr 2011 18:57
Bəyəndim (0) Bəyənmədim (0)

"CNN-Türk"-ün məlumatına görə, Türkiyənin Yunanıstandakı konsulluğunun binasına hücum olub. Bir qrup maskalı şəxs Saloniki şəhərində yerləşən konsulluq binasına içərisində yandırıcı maye olan şüşə ("Molotov kokteyli") atıb.
Hadisə yerinə gələn polis gözyaşardıcı qazdan istifadə edərək kütləni dağıdıb. İnsident zamanı bir polis qolundan yaralanıb.
Xatırladaq ki, Türkiyə konsulluğu Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün anadan olduğu binada yerləşir.

Yunanıstan əhalisi yoxsulluğunun səbəbini başqalarında axtarır…

Hafiz Əhmədov

O.M.