Azərbaycanın əksər bölgələrinə yağan qar hərəkəti məhdudlaşdırıb

Azərbaycanın əksər bölgələrinə yağan qar hərəkəti məhdudlaşdırıb

7 Noyabr 2011 17:35
767
Bəyəndim (0) Bəyənmədim (0)
FHN və BDYP əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər

Azərbaycanın əksər hissələrinə yağan güclü qar mərkəzi aran və qərb bölgələrində problemlər yaradıb. Rayonların aran hissəsinə 20-35 sm, dağ kəndlərinə isə 35-50 sm hündürlükdə qar düşüb. Hazırda bəzi rayonlarda yağıntı davam edir. Qar özü ilə bir sıra problemlər də gətirib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımında və Şamaxı-Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti məhdudlaşıb. Bu gecə yolların tamamilə qarla bağlanacağı gözlənilir. Qarın təmizlənməsi üçün adıçəkilən ərazilərə ağır texnikalar cəlb edilib. Yol polisi əməkdaşları sürücülərə alternativ yol kimi Bakı-Qazax, Ucar-Göyçay, Ağdaş-Qəbələ yolları ilə hərəkət etməyi məsləhət görürlər. İki gündür Göyçay, Ağdaş rayonlarına və Mingəçevir şəhərinə yağan leysan yağışı bu sabah qarla əvəz olunub. Hazırda yağıntı davam edir.

Fövqəladə Hallar Nazirliyinin və Baş Dövlət Yol Polisinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.

Təbiət ağ elədi hər yeri…

Hafiz Əhmədov

O.M.