Azərbaycanın şimal bölgəsində havanın temperaturu mənfi 7 dərəcəyə düşüb

Azərbaycanın şimal bölgəsində havanın temperaturu mənfi 7 dərəcəyə düşüb

7 Noyabr 2011 17:19
Bəyəndim (0) Bəyənmədim (0)
Xınalıqda qarın hündürlüyü 42 sm-ə çatıb

Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, bölgədə havanın temperaturu birdən-birə 10-17 dərəcə düşüb. Hazırda havanın temperaturu mənfi 7 dərəcə təşkil edir. Bölgənin bütün rayonlarına qar yağıb. Ən çox qar düşən ərazi Quba rayonunun Xınalıq kəndidir. Burada qarın hündürlüyü 42 sm-ə çatır. Rayon mərkəzində isə bu saata qarın hündürlüyü 15-17 sm-ə qalxıb. Hidrometeoroloqlar bu cür hava şəraitinin həftə sonunadək davam edəcəyini bildirirlər. Gecə saatlarında havanın daha da sərtləşəcəyi və mənfi 12 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Qar böyüklərə problem yaratsa da, uşaqlara sevinc gətirir…

Sərvər Aslanov

O.M.