"Google Video" bağlanır

"Google Video" bağlanır

18 Aprel 2011 19:53
Bəyəndim (0) Bəyənmədim (0)

Çox deyil, bir neçə il bundan əvvəl N-1 olan "Google" axtarış səhifəsi nəhayət ki, nöqtəni qoymağa hazırlaşır. "Google" artıq az qala unudulan video xidmətini bağlamağa və bütün video görüntüləri silməyə hazırlaşır. Axtarış nəhəngi bu xidmətə 29 apreldə son verəcək. Ancaq istifadəçilər videoları 13 maya qədər yükləyə biləcəklər.

"Google Video" 2005-ci ildə fəaliyyətə başlasa da, 2006-cı ildən etibarən "YouTube"un kölgəsi altında qalmışdı. Bundan bir neçə ay sonra şirkət rəqibi üçün 1.65 milyard Amerika dolları ödəyərək, onu özəlləşdirmişdi.

Əslində, "Google Video"nun fəaliyyətinin dayandırılması gözlənilirdi. Çünki şirkət 2009-dan bu yana kimi xidmətə yeni videolar yükləməyə icazə vermirdi.

Yaxşı ki, "Youtube" var. İlahi nəzarətdən qorxmayan bəzi insanlar "Youtube"da görüntülənməkdən qorxurlar. Ona görə də özlərinə çəki-düzən verməli olurlar. Buna da şükür...

Günel Həbib

O.M.