İlk qarla əlaqədar Dövlət Yol Polisi sürücülərə müraciət etdi

İlk qarla əlaqədar Dövlət Yol Polisi sürücülərə müraciət etdi

7 Noyabr 2011 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə ehtiyatlı olmağı, qanunlara mümkün qədər riayət etməyi, paytaxtın enişli-yoxuşlu küçələrində hərəkət edərkən sürət həddinə diqqət yetirməyi tövsiyə edir. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov açıqlamasında bildirir ki, şaxtalı havalarda avtomobilin təkərlərindəki təzyiq normadan aşağı olmalıdır. Onun sözlərinə görə, xüsusən döngələrdə avtomobilin sürəti aşağı olmalıdır ki, qəza vəziyyəti yaranmasın. Həmçinin avtomobilin sürüşməməsi üçün əl və ayaq əyləclərindən mümkün qədər az istifadə olunmalıdır. Vaqif Əsədov avtomat ötürmələri olan avtomobillərin sahiblərinə də əyləc sistemindən istifadə etməməyi, sürət qutusunun aşağı göstəricisində hərəkət etməyi tövsiyə edib.

İstənilən halda ilk qarın sevinci problemləri üstələyir...

Hafiz Əhmədov

O.M.