10 min həmkarının əhatəsində rahib özünü yandırıb qurban elədi

10 min həmkarının əhatəsində rahib özünü yandırıb qurban elədi

6 Noyabr 2011 17:16
Bəyəndim (0) Bəyənmədim (0)
O, Çin siyasətinə etiraz əlaməti olaraq özünü yandıran 8-ci rahibdir

Associated Press xəbər agentliyinin məlumatına görə, cümə axşamı günü 35 yaşlı rahib Siçuan əyalətindəki buddist kilsəsində dindarların əhatəsində özünü yandırdı. Həmkarları onun bu hərəkətini cəsarətin qələbəsi kimi qiymətləndirərək, ruhuna ayinlər icra etməyə başladılar. Belə ki, o, Çinin rəsmi dövlət siyasətinə etiraz əlaməti olaraq özünü öldürmüşdü.

Tibetin mühacirətdə olan hökumət rəhbəri Lobsanq Sanqay Vaşinqtondakı konfransda ABŞ rəhbərlərinə müraciət edərək, Çinə təzyiq göstərmələrini "Ağ evdən" xahiş etdi.

Xatırladaq ki, son aylarda Siçuan əyalətinin Kirti məbədində Çinin milli və dini ayrıseçkilik siyasətinə etiraz əlaməti olaraq 7 rahib özünü yandıraraq intihar etmişdi.

Çində əhali həddən artıq çox olduğu üçün intiharlar bu ölkənin siyasətini daha da stimullaşdırır...

Sərvər Aslanov

O.M.