Fransanın cənubunda daşqın təhlükəsi ilə 2300 sakin evindən qaçıb

Fransanın cənubunda daşqın təhlükəsi ilə 2300 sakin evindən qaçıb

6 Noyabr 2011 14:25
Bəyəndim (0) Bəyənmədim (0)
Təbii fəlakət Avropanı ağuşuna alır

France presse xəbər agentliyinin məlumatına görə, aramsız yağışlar və ildırım Fransanın cənub-şərqində daşqın təhlükəsi yaradıb. 2.3 min sakin öz evlərindən köçməli olublar. Fransanın cənubundakı 12 coğrafi departamentdə III dərəcəli təhlükə vəziyyəti elan edilib.

Xatırladaq ki, III dərəcəli "narıncı" təhlükə siqnalı sonuncu təhlükə siqnalından öncəsidir.

Mövsümi yağışların normadan artıq yağması təbiətin göz yaşına bənzəyir...

Sərvər Aslanov

O.M.