Moskvada qurban kəsmək qadağandır!

Moskvada qurban kəsmək qadağandır!

6 Noyabr 2011 14:00
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün moskvalı müsəlmanlar çətin vəziyyətə düşdülər

Moskva polisi qurban mərasimlərini qadağan edib. Rusiya paytaxtında heç bir müsəlman mömin bu gün qurban kəsə bilməyəcək. İnterfax.ru məlumat verir ki, bu gün Moskvanın Kubinka və marşal Nedelin küçələrinin kəsişməsində Qurban bayramı münasibətilə müsəlmanlar bir neçə qoyunu kəsməyə hazırlaşırdılar. Polis məlumat alan kimi dərhal hadisə yerinə yollandı və qurban mərasiminin yerinə yetirilməsinə icazə vermədi.

Xatırladaq ki, Rusiya qanunlarına görə, paytaxta və iri şəhərlərdə heyvan qanının ictimai yerlərdə axıdılması qadağandır. Bu, yalnız xüsusi qəssab məntəqələrində və kütləvi şəkildə olmadan baş verə bilər.

Qəribədir ki, Rusiya prezidenti və baş naziri son çıxışlarında ölkələrinin II dininin müsəlman dini olduğunu demişdilər və Qurban bayramı münasibətilə vətəndaşlarını təbrik etmişdilər...

Sərvər Aslanov

O.M.