"Su müharibəsi" gözlənilir?

"Su müharibəsi" gözlənilir?

18 Aprel 2011 19:43
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən sıx əhalisinə sahib iki ölkə - Çin və Hindistan arasında bu günə kimi su qaynaqlarına görə üstüörtülü də olsa, mübahisə yaşanmaqdadır. Çinin Tibet yaxınlığındakı 8 çayın üzərində inşa etdiyi su anbarlarının qapaqlarını zaman-zaman açması qonşu ölkənin iqtisadiyyatına xeyli ziyan vurur. Son olaraq Brahmapitra çayının daşması ilə Hindistanda bir çox evlər, tarla və anbarlar, insanlar sulara qərq olublar. Hətta zərərçəkmişlərin əksəriyyəti bu olayı Çinin siyasi təzyiqi kimi qiymətləndirirlər.

Mütəxəssislərə görə, Asiyanın iki nəhəngi - Çin və Hindistan arasında hazırda yeganə problem su məsələsidir. Bölgədəki 8 çay isə 1 milyard 800 min insan üçün həyati əhəmiyyət daşıyır.

Su aydınlıqdır. Su həm də sel, daşqın və sunamidir...

Günel Həbib

O.M.