Suriyada 553 müxalifətçi azadlığa buraxıldı

Suriyada 553 müxalifətçi azadlığa buraxıldı

6 Noyabr 2011 02:59
Bəyəndim (0) Bəyənmədim (0)
Onlar silahlı müqavimətdə iştirak etməmişdilər

İnterfax xəbər agentliyinin Suriya mətbuatına istinadən yaydığı məlumata görə, prezident Bəşər Əsədə qarşı nümayişlərdə fəal iştirak edərkən həbsə alınan 553 müxalifətçi dünən axşam saatlarında azadlığa buraxıldı.

Qeyd edək ki, Ərəb Ölkələri Liqasının hazırladığı münaqişənin həlli planında tutulmuş müxalifətçilərin qeyri-şərtsiz azad olunması müddəası xüsusilə yer alır.

Xatırladaq ki, hələ də Suriya həbsxanalarında bir neçə min müxalifətçi saxlanılır. Yerli hüquq mühafizəçilərinin və beynəlxalq ekspertlərin fikrincə, onlara qarşı fiziki və psixoloji təzyiq göstərilir.

Müxalifət demokratik cəmiyyətin ayrılmaz hissəsidir. Silahlı müxalifət isə anarxiyanın atributudur.

Fuad Borçalı

O.M.