Akademik Rafiq Əliyev işdən çıxarıldı

Akademik Rafiq Əliyev işdən çıxarıldı

5 Noyabr 2011 17:44
1 156
Bəyəndim (0) Bəyənmədim (0)

Müsavat qəzetinin yaydığı məlumata görə, Akademik Rafiq Əliyev Azərbaycan Dövlət Neft Akademiyası Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri vəzifəsindən çıxarılıb. Bu barədə qəzetə xəbər məlumatlı mənbələrdən daxil olub. Xəbərə görə, dünya şöhrətli akademikin işdən çıxarılması barədə qərar bu gün verilib. Xatırladaq ki, dünən "Milli Birliyin şərtləri və yolları" mövzusunda keçirilən tədbirə sədrliyi akademik Rafiq Əliyev edib. Rafiq Əliyev həmin tədbirdə cəsarətli çıxışı ilə fərqlənib.

Professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası ″Avtomatlaşdırılmış idarəetmə sistemləri″ kafedrasının müdiri, MBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, ″Lütfi Zadə irsi və Süni intellekt″ Assosiasiyasının prezidenti Rafiq Əliyev 1942-ci il fevralın 10-da Ağdam rayonunun Novruzlu kəndində dünyaya gəlib. 1948-58-ci illərdə Ağdamda orta məktəbi medalla bitirən Rafiq Əliyev, 1958-63-cü illərdə Bakının M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya institunda təhsil alır və buranı fərqlənmə diplomu ilə bitirir. 1964-1967-ci ildə Moskva şəhəri, SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri institutunda oxuyub, aspirant olub.
1967-ci ildə Texnika elmləri namizədi, 1975-ci il Texnika elmləri doktoru, 1976-cı ildə Professor, 1989-da Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, 1967-1969-cu illərdə Neftkimyaavtomat (Azərbaycan, Bakı) Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ), elmi-tədqiqat laboratoriyasının müdiri olub. 1989-dən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), ″Avtomatlaşdırılmış idarəetmə sistemləri″ kafedrasının müdiri (Bakı), 1998-dən indiyə kimi MBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) Bakı, Corciya Dövlət Universiteti, Atlanta (ABŞ), Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) (Bakı) və Corciya Dövlət Universiteti, Atlanta (ABŞ), 2001-dən indiyə kimi BBA Proqram direktoru seçilib.

O.M.