1 kilo çəki ilə doğulan 221 köprə ölüb

1 kilo çəki ilə doğulan 221 köprə ölüb

30 Dekabr 2017 14:03
162
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda 3 il ərzində 1000 qramdan az çəki ilə 332 köpə doğulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin kollegiya iclasında məlumat verilib.

Doğulmuş körpələrdən 111-ini xilas etmək mümkün olub.

İclasda Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova rəhbərlik etdiyi müəssissədə hər il 3000-dən artıq doğuş qəbul edildiyini bildirib:

"Onlardan 47 faizi risk qrupuna aiddir. Son iki ildə şimal regionunun hər bölgəsində antenatal nəzarət gücləndirilib, nəticədə dölün antenatal ölüm sayı 56 faizədək azalıb".

Direktor qeyd edib ki, bu il ətraf rayonlardan kritik vəziyyətdə daxil olan 8 preeklampsiyalı hamilə olub:

"Hər birinin uşağı və özünün həyatı xilas edilib. Erkən neonatal ölüm ötən illərə nisbətən 21 faizdən 5,8 faizə qədər azalıb".