“Uşaqlar rus dilində danışanda, başlarını it başı kimi əzmək istəyirəm”

“Uşaqlar rus dilində danışanda, başlarını it başı kimi əzmək istəyirəm”

29 Dekabr 2017 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

"Bakıda əsl demoqrafik partlayış baş verir. Şəhərdə uşaq əlindən tərpənmək mümkün deyil. Kimə lazımdır axı bu Andronikin nəvələri?! Kimə lazımdır Denikinin nəticələri?!".
Bu sözləri jurnalist Hafiz Əhmədov Facebook hesabında yazıb. Jurnalistin sözləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və onu tənqid atəşinə tutublar. O, uşaqların rus dilində danışmasını tənqid edib:
"90 faiz "azərbaycanlı" uşaq rus dilində dil açır. Bunlar böyüyüb guya azərbaycanlı olacaqlar?! Hamısına rus vəsiqəsi verib ailəlikcə sürgün eləmək lazımdır bu Sovetin qırıntıları. Özümü güclə saxlayıram rus dilində danışan körpə görəndə, it başı kimi başlarını əzmək istəyirəm!".
Lakin H.Əhmədov gələn reaksiyalardan sonra paylaşımını silib.
Prime-Time