Alpinistlərin axtarışı hələ ki, nəticə vermir

Alpinistlərin axtarışı hələ ki, nəticə vermir

29 Dekabr 2017 11:41
184
Bəyəndim (0) Bəyənmədim (0)

İtkin düşmüş alpinistlərin axtarışları bu gün səhər 05:00-dan bərpa olunub.

Bunu Oxu.Az-a "Gilavar" - hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov bildirib.

Onun sözlərinə görə, Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmamış "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışlarına FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, kinoloqlar, nazirliyin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri və FAİREX-in peşəkar alpinistləri cəlb olub.