Yaxın iki gündə hava şəraitində dəyişiklik olmayacaq
Azərbaycan ərazisində növbəti iki gündə hava şəraitində hər hansı dəyişiklik baş verməyəcək.
	
	Mediainfo.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report"a açıqlamasında bildirib. Onun sözlərinə görə, dekabr ayının 29-30-da ölkə ərazisində hava şəraiti sabit, gün ərzində əsasən yağmursuz keçəcək:
	 
	"Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə duman olacaq".
	
	Direktorun sözlərinə görə, növbəti iki gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir:
	 
	"Havanın temperaturu günorta saatlarında 12-17, Bakıda və Abşeron yarımadasında 9-14, dağlıq ərazilərdə isə 8-13 dərəcə isti təşkil edəcək".
                            
                            
                            











    
    


























.jpg)
.jpg)
.jpg)





















































