Saxta içkidən ölənlərin yasına gələnlər eyni içkiyə qonaq edildi

Saxta içkidən ölənlərin yasına gələnlər eyni içkiyə qonaq edildi

27 Dekabr 2017 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Dominikan respublikasında saxta içkidən ölənlərin yas mərasiminə gələnlər də eyni içkiyə qonaq ediliblər.
Lent.az-ın CNN-ə istinadən məlumatına gör, bu səbəbdən də xeyli insan ölüb.

Rəsmi şəxslər müəyyənləşdiriblər ki, Dominikan respublikasında Haiti sərhədinə yaxın bir yerdə ev şəraitində likör hazırlanırmış. İçərisində metanol olan likör keçən həftədən ölümlərə səbəb olmağa başlayıb. İndiyə kimi 12 insan ölüb, 21 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.